Azərbaycana qaçaqmalçılıqla narkotik gətirən şəxs tutulub- VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana qaçaqmalçılıqla narkotik gətirən şəxs tutulub- VİDEO

Qafar Ağayev16:10 - Bu gün
Azərbaycana qaçaqmalçılıqla narkotik gətirən şəxs tutulub- VİDEO

Polis və sərhədçilər tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə birgə əməliyyat keçirilib.

Bu barədə 1news.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı oğurluq və xuliqanlıq cinayətlərinə görə əvvəllər məhkum olunan Eldar Cəfərli saxlanılıb. Ondan 28 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxsin ölkəyə qaçaq yollarla narkotik vasitələr gətirən əsas şəxslərdən biri olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər