Metrodakı hadisə zamanı iki nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım edilib
Bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranması nəticəsində xəsarət alanlar olub.
Bu barədə 1news.az-a TƏBİB-dən bildirilib. Bakı metrosunda baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub:
"Təcili tibbi yardım briqadaları tərəfindən 2 nəfər (qadın) - 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub".
9 nəfərə isə arterial hipertenziya və stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərildiyi qeyd olunub.
145












