Tarixdə bu gün – 21 aprel nə günüdür?
Tarixdə hər gün müxtəlif hadisələrlə yadda qalır.
1news.az 21 aprel tarixində baş verən hadisələri təqdim edir:
E.ə.753 21 aprel— Romul və Rem qardaşları Roma şəhərinin əsasını qoydular.
1406-cı il 21 aprel — I Şənbi Qazan döyüşü baş vermiş, Qara Yusif Əmir Teymurun oğlu Miranşahı öldürərək Teymuriləri Azərbaycandan qovmuşdur.
1519-cu il 21 aprel — Ernan Kortes Verakruza yan aldı.
1934-cü il 21 aprel — Ness gölü bədheybətini əks etdirdiyi iddia edilən ən məşhur fotoşəkil olan "Cərrahın Fotoşəkili" (1994-cü ildə onun saxta olduğu ortaya çıxdı) Daily Mail-də dərc olunub.
1944-cü il 21 aprel — Fransada qadınlar səsvermə hüququ əldə etdilər.
1952-ci il — "Ofis işçiləri günü" ilk dəfə qeyd edilməyə başlandı.
1956-cı il 21 aprel— Elvis Preslinin "Heartbreak Hotel" adlı mahnısı "Billboard" jurnalında 1-ci yerə çıxan ilk mahnısı oldu.
1978-ci il 21 aprel — Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında qəbul edilib.
2009-cu il 21 aprel — Dünya Elektron Kitabxanası saytının rəsmi açılışı oldu.
Qeyd edək ki, 21 aprel Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür












