Gəncədə fəaliyyət göstərən “Kəpəz-Bazar” ASC-yə məxsus bazarda nöqsanlar aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə fəaliyyət göstərən “Kəpəz-Bazar” ASC-yə məxsus bazarda nöqsanlar aşkarlanıb - FOTO

16:18 - Bu gün
Gəncədə fəaliyyət göstərən “Kəpəz-Bazar” ASC-yə məxsus bazarda nöqsanlar aşkarlanıb - FOTO

Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhərində yerləşən “Kəpəz-Bazar” ASC-yə məxsus ərzaq məhsullarının satışı bazarında plandankənar yoxlama keçirib.

1news.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulduğu məlum olub. Bazar ərazisində süd və süd məhsullarının, ət və ət məhsullarının açıq hava şəraitində antisanitar vəziyyətdə satıldığı və baytarlıq müşayiətedici sənədlərinin olmadığı, meyvə-tərəvəz və bitkiçilik məhsullarının satışının sanitar-gigiyenik normalara cavab verməyən yerlərdə həyata keçirildiyi, avadanlıqların, qida ilə təmasda olan piştaxtaların və rəflərin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin aparılmadığı, çalışan şəxslərin gigiyena qaydalarına ciddi əməl etmədiyi aşkarlanıb. Bazarın daxilində yerləşən ticarət yerlərində də sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.

Faktla bağlı müəssisənin hüquqi nümayəndəsi barədə inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər