Səfərbərlik Xidmətinin rayon şöbələrində keçirilən əməliyyatda saxlanılanların ADLARI - YENİLƏNİB
Xəbər verildiyi kimi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbəsində əməliyyat keçirib.
1news.az xəbər verir ki, “Qafqazinfo” əməliyyat nəticəsində ittiham verilən şəxslərin adlarını öyrənib.
Bunlar Saatlı rayon şöbəsinin rəis müavini Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavini Niyam Mədətsoyludur. Qaradağ rayon şöbəsindən isə Etibar Əliyev və Şamil Alıyevdir.
Sözügedən şəxslərin hər biri Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və başqa maddələrilə cinayət məsuliyyətinə cəlb ediliblər.
***
15:36
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ və Cəbrayıl rayon şöbələrində əməliyyat keçirib.
1news.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, əməliyyat nəticəsində bir neçə nəfər saxlanılıb.
Şöbə əməkdaşları korrupsiya cinayətlərində ittiham olunurlar.
Hazırda saxlanılan şəxslərin adlarını dəqiqləşdiriririk.
Əlavə məlumat veriləcək.












