Binədə mənzillərdən oğurluq edən şəxs saxlanılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Binədə mənzillərdən oğurluq edən şəxs saxlanılıb - VİDEO

16:54 - Bu gün
Binədə mənzillərdən oğurluq edən şəxs saxlanılıb - VİDEO

Xəzər rayonu Binə qəsəbəsində yerləşən 9 mənzildən müxtəlif vaxtlarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə 1news.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə təqsirli bilinən 46 yaşlı Məzahir Əliyev müəyyən olunaraq saxlanılıb.

Həmin şəxsdən oğurladığı əşyaların bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər