Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verilib - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verilib - SƏRƏNCAM

12:14 - Bu gün
Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az xəbər verir ki, sərəncama əsasən, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 1 453,09 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilib.

İqtisadiyyat Nazirliyi və Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Paylaş:
109

Son xəbərlər

Bütün xəbərlər