Qəbələdə Azərbaycan və Ukrayna Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Qəbələdə Azərbaycan və Ukrayna Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Qafar Ağayev13:40 - Bu gün
Qəbələdə Azərbaycan və Ukrayna Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.

1news.az xəbər verir ki, aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşü olub.

Söhbət zamanı dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlandı, Ukrayna Prezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirildi. Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunuldu.

Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən qonaq bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulandı.

***

12:45

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir.

1news.az xəbər verir ki, bundan əvvəl iki prezident arasında təkbətək görüş olub.

***

12:35

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.

1news.az xəbər verir ki, aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü olub.

***

11:36

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.

1news.az xəbər verir ki, Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü keçirilir.

Paylaş:
286

Son xəbərlər

Bütün xəbərlər