Bəhreyn vəliəhdi Azərbaycan Prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Bəhreyn vəliəhdi Azərbaycan Prezidentini təbrik edib

First News Media17:36 - Bu gün
Bəhreyn vəliəhdi Azərbaycan Prezidentini təbrik edib

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

1news.az-ın məlumatına görə, mətndə deyilir:

"Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər