“Üzgüçülük hamı üçün” yarışının final mərhələsinə start verildi - FOTO
Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimi baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev çıxış ediblər. Həmçinin ASF-nin vitse-prezidenti Xaliq İldırımzadə və digər rəsmi şəxslər də tədbirdə iştirak edib.
Daha sonra yarışlara rəsmi start verilib. Layihənin final mərhələsində Azərbaycan və Türkiyədən idmançılar mübarizə aparır. Azərbaycan komandası Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Mingəçevir şəhərləri, eləcə də Goranboy, Balakən və İsmayıllı rayonlarını təmsil edən iştirakçılardan ibarətdir.
Tədbirin birinci günü keçirilən yarışlarda idmançılar 10-11, 12-13, 14-15, 46-50, 51-55, 56-60 və 61 yaşdan yuxarı kateqoriyalar üzrə medallar uğrunda mübarizə aparıb.
Yarışa sabah yekun vurulacaq.























