Krıma PUA hücumu: 4 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Krıma PUA hücumu: 4 nəfər ölüb

First News Media17:48 - Bu gün
Krıma PUA hücumu: 4 nəfər ölüb

Ukrayna, Rusiya tərəfindən ələ keçirildmiş olunmuş Krım yarımadasında hücumlar həyata keçirib.

1news.az xəbər verir ki, Rusiya tərəfindən təyin olunmuş Krım rəhbəri Sergey Aksyonovun sözlərinə görə, Simferopolda qeyri-yaşayış təyinatlı obyektlərə edilən hücum nəticəsində ilkin məlumatlara əsasən 3 nəfər həlak olub, 7 nəfər yaralanıb.

O, bir neçə saat sonra etdiyi digər açıqlamada Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) Krımda sərnişin qatarına zərbə endirdiyini bildirib.

Onun sözlərinə görə, Azovske–Kerç istiqamətində hərəkət edən banliyö qatarına edilən hücum nəticəsində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb. Hazırda təcili yardım və operativ xidmətlər hadisə yerində işlərini davam etdirir.

Rusiya tərəfindən Sevastopola təyin olunmuş qubernator Mixail Razvojayev isə hava hücumundan müdafiə qüvvələrinin 20-dən çox Ukrayna pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirdiyini açıqlayıb. Onun sözlərinə görə, PUA qalıqları bəzi binalara ziyan vurub.

Şəhərdə hava hücumu xəbərdarlığı təxminən 5 saat davam edib.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər