Qətər Əmiri İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

Qətər Əmiri İlham Əliyevi təbrik edib

1news Redaksiyası17:34 - 04 / 06 / 2026
Qətər Əmiri İlham Əliyevi təbrik edib

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

1news.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Dost ölkənizin Müstəqillik Günü münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı, xoş arzularla dolu təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, qardaş ölkənizə davamlı tərəqqi və firavanlıq, eyni zamanda, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etməsini və möhkəmlənməsini arzu edirəm".

Paylaş:
402

Son xəbərlər

Bütün xəbərlər