Kolumbiyada bombalı hücum: Ölənlərin sayı 20-yə çatdı | 1news.az | Xəbərlər
Dünya

Kolumbiyada bombalı hücum: Ölənlərin sayı 20-yə çatdı

Oksana Orucova10:47 - Bu gün
Kolumbiyada bombalı hücum: Ölənlərin sayı 20-yə çatdı

Kolumbiyada Pan-Amerika avtomobil yolunda törədilən bombalı hücum nəticəsində həyatını itirənlərin sayı 20-yə yüksəlib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Kolumbiya Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun yaydığı məlumata görə, Cauca inzibati bölgəsinə bağlı Kajibio qəsəbəsində baş verən partlayış nəticəsində ölənlərin sayı artıb. Bildirilib ki, həyatını itirənlərdən 5-i uşaqdır, yaralananların sayı isə 40 nəfəri ötüb.

Cauca vilayət rəhbərliyi hadisə ilə əlaqədar bölgədə 3 günlük matəm elan edildiyini açıqlayıb.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər