“Formula 1” həyəcanı Türkiyədə 6 ildən sonra yenidən yaşanacaq - Ərdoğan açıqladı | 1news.az | Xəbərlər
Dünya

“Formula 1” həyəcanı Türkiyədə 6 ildən sonra yenidən yaşanacaq - Ərdoğan açıqladı

Qafar Ağayev16:52 - Bu gün
“Formula 1” həyəcanı Türkiyədə 6 ildən sonra yenidən yaşanacaq - Ərdoğan açıqladı

"Formula 1" həyəcanı 6 ildən sonra yenidən Türkiyədə yaşanacaq.

1news.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında məlumat verib.

Prezident bildirib ki, İstanbul Park 2027–2031-ci illər arasında tam 5 mövsüm boyunca diqqət çəkən, həyəcanlı və izlənməsi zövq verən yarışlara ev sahibliyi edəcək.

"Motosport ölkəsi olan Türkiyənin "Formula 1 ilə əməkdaşlığının gələcək illərdə daha da güclənərək davam etməsini arzulayıram”.

Türkiyə Qran-prisi motor idmanının ən nüfuzlu yarışlarından olan "Formula 1"in 2027-ci il təqvimində yer alacaq.

İstanbul Park 2005–2011 və 2020–2021-ci illərdən sonra növbəti il "Formula 1"-ə 10-cu dəfə ev sahibliyi edəcək.

Xatırldaq ki, ilk dəfə 2005-ci ildə "Formula 1" təqviminə daxil edilən Türkiyə Qran-prisi 2011-ci ilə qədər fasiləsiz keçirilib.

Daha sonra pandemiya dövründə bəzi mərhələlərin ləğv olunması səbəbindən yenidən İstanbulun ev sahibliyi etdiyi yarış 2020-ci ildə tamaşaçısız, son olaraq isə 2021-ci ildə yarı tutumla təşkil olunub.

Paylaş:
118

Son xəbərlər

Bütün xəbərlər