Rusiya sərhədi yaxınlığında güclü zəlzələ
Monqolustanın qərb bölgəsində 6,8 maqnitudalı zəlzələ qeydə alınıb.
1news.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Moskva vaxtı ilə saat 07:23-də (Bakı vaxtı ilə 08:23) baş verib. Zəlzələnin episentri Rusiya–Monqolustan sərhədindən təxminən 400 kilometr, Monqolustanın Çinlə sərhədindən isə 150 kilometr məsafədə yerləşib.
Məlumata əsasən, episentr zonasında zəlzələnin intensivliyi MSK-64 şkalasına görə 9,1 bal təşkil edib.
Hadisə nəticəsində itki və ya dağıntı barədə hər hansı məlumat açıqlanmayıb.
89












