ABŞ vətəndaşlarına çağırış etdi: “İrandan ayrılın” | 1news.az | Xəbərlər
Dünya

ABŞ vətəndaşlarına çağırış etdi: “İrandan ayrılın”

Oksana Orucova17:38 - Bu gün
ABŞ vətəndaşlarına çağırış etdi: “İrandan ayrılın”

ABŞ Dövlət Departamenti İran hava məkanının qismən açılması və uçuşların bərpası fonunda bu ölkədə olan vətəndaşlarına İrandan ayrılmaq çağırışı edib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Tehran üzrə Virtual Səfirliyi tərəfindən yayılan təhlükəsizlik xəbərdarlığında bildirilib ki, 21 aprel tarixindən etibarən İranın hava məkanı qismən yenidən açılıb.

Açıqlamada ABŞ vətəndaşlarına ölkəni dərhal tərk etmələri, yenilikləri izləmək üçün yerli medianı diqqətdə saxlamaları və İrandan uçuşlarla bağlı əlavə məlumat almaq üçün aviaşirkətlərlə əlaqə saxlamaları tövsiyə olunub.

Eyni zamanda qeyd edilib ki, İrandan ayrılmaq istəyən ABŞ vətəndaşları quru yol ilə Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistana keçə bilərlər. Bununla yanaşı, Əfqanıstan, İraq və Pakistan–İran sərhəd bölgələrinə səfər etməmələri barədə xəbərdarlıq edilib.

Paylaş:
94

Son xəbərlər

Bütün xəbərlər