“Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarıldı | 1news.az | Xəbərlər
İdman

“Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarıldı

17:57 - Bu gün
“Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarıldı

Aprelin 30-u saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış “Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarılıb.

1news.az xəbər verir ki, qiyməti 2, 3, 5, 15 və 20 AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, bundan əvvəl “Qarabağ”la hər iki oyuna (26 və 30 aprel) bilet əldə etmiş (“bundle”) azarkeşlərin bu matça girişi sərbəst olacaq.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər