Moskva məhkəməsi “Roblox” şirkətini cərimələdi
Moskvanın Taqanski məhkəməsi videooyun istehsalçısı olan “Roblox Corporation” şirkətinə ümumilikdə 8 milyon rubl (təxminən 180 400 manat) məbləğində cərimə tətbiq edib.
1news.az-ın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, məhkəmə ABŞ şirkətini internetdə qeyri-ənənəvi cinsi münasibətlərin təbliği ilə bağlı iki inzibati protokol üzrə təqsirli bilib və hər biri üçün 4 milyon rubl (təxminən 90 200 manat) cərimə müəyyənləşdirib.
Qərarın əsaslandığı maddə KİV və ya internet üzərindən LGBT mövzusunun təbliğinə görə inzibati məsuliyyət nəzərdə tutur.
Məhkəmə sənədlərində protokolların hansı səbəbdən tərtib edildiyi açıqlanmasa da, şirkətin bu mövzuda materialların yayılmasına şərait yaratdığı qeyd olunub.
92












