Tehran hava limanında beynəlxalq reyslər bərpa olunub
İran paytaxtı Tehranda İmam Xomeyni Beynəlxalq Hava Limanı uçuşları bərpa edərək ilk beynəlxalq reyslərini həyata keçirib.
1news.az “Mehr” agentliyinə istinadla xəbər verir ki, hava limanından Mədinə, Maskat və İstanbul istiqamətlərinə sərnişinlər yola salınıb.
Agentliyin məlumatında qeyd olunur ki, şənbə günü Tehran səmasında beynəlxalq uçuşlar yenidən bərpa olunub və bu prosesin yaxın günlərdə daha da genişlənərək intensivləşəcəyi gözlənilir.
90











