Nigeriyada terror hücumu: 29 nəfər ölüb
Nigerianın Adamava ştatında terror təşkilatı Boko Haram tərəfindən törədilən hücum nəticəsində 29 nəfər həyatını itirib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi məlumata görə, silahlılar Qombi bölgəsində atəş açıb, nəticədə çox sayda insan yaralanıb. Ştatın qubernatoru Ahmadu Umaru Fintiri təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.
Yerli mediada hücumun futbol oyunu zamanı baş verdiyi qeyd olunur.
Qeyd edək ki, “Boko Haram”ın uzun illərdir davam edən hücumları nəticəsində on minlərlə insan həlak olub, yüz minlərlə şəxs isə didərgin düşüb.
73












