Tarixdə bu gün – 29 aprel nə günüdür?
Tarixdə hər bir gün müxtəlif hadisələrlə yadda qalır.
1news.az 29 aprel tarixində baş vermiş hadisələri təqdim edir:
29 aprel 1918 – Erməni-daşnak dəstələri Gümrü şəhəri yaxınlığında azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın törədiblər. Yüzlərlə insan qətlə yetirilib.
29 aprel 1941 – Azərbaycan KP MK Bürosunun iclasında Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul edilib. Yubiley mərasimi 1941-ci il 16 oktyabr tarixinə təyin olunmuşdu. İki ay sonra müharibə (1941–1945) başlandı və Nizaminin yubileyini 1947-ci ildə keçirmək mümkün oldu.
1992-ci il 29 aprel — Azərbaycan və Cənubi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulmuşdur.
29 aprel 2004 – Prezident İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edib. Dövlət başçısı AŞPA-nın fəxri üzvü diplomu və xatirə medalı ilə təltif olunub.
2015-ci il 29 aprel Bakı şəhərinin Xətai rayonunda yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Aytac Babayevanın qətlə yetirilməsi cəmiyyətdə böyük rezonansa səbəb olmuşdur.
2015-ci il 29 aprel Bakı Konqres Mərkəzinin açılışı olmuşdur.
2018-ci il 29 aprel - Lyuis Hemilton Azərbaycan Qran-prisinin qalibi olub.
Qeyd edək ki, 29 Aprel Beynəlxalq Rəqs Günüdür.











