Azərbaycan və AYİB əməkdaşlığı müzakirə edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və AYİB əməkdaşlığı müzakirə edilib

Qafar Ağayev17:41 - Bu gün
Azərbaycan və AYİB əməkdaşlığı müzakirə edilib

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlıq müzakirə edilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elizabeta Falçettinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə AYİB-in Azərbaycandakı fəaliyyəti və əməkdaşlığın gündəliyində olan məsələlər barədə müzakirələr apardıq.

Bankın investisiya strategiyasının prioritetlərini, su təchizatı, şəhərsalma, nəqliyyat infrastrukturu və bərpa olunan enerji layihələri üzrə qarşılıqlı fəaliyyət imkanlarını nəzərdən keçirdik", - paylaşımda bildirilib.

Qeyd edək ki, 2026-cı ilin mart ayının sonuna olan vəziyyətə görə, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycanda olan layihələr portfelinin həcmi 919 milyon avro təşkil edir və 36 layihəni əhatə edir.

Məlumata görə, bankın həmin layihələrdə iştirak payı 1 faiz təşkil edir, əməliyyat aktivləri isə 716 milyon avro həcmində qiymətləndirilir.

Portfelin strukturu aşağıdakı kimidir:

Korporativ sektor - 3%, maliyyə institutları - 7%, dayanıqlı infrastruktur - 90%.

Portfelin ümumi dəyərində özəl sektorun payı 40% təşkil edir.

Azərbaycan fəaliyyətə başladığı vaxtdan etibarən AYİB ölkə iqtisadiyyatına ümumilikdə 3,712 milyard avro investisiya yatırıb. Ayrılmış vəsaitlərin ümumi həcmi 3,458 milyard avro təşkil edir.

Bu günədək AYİB Azərbaycanda 202 layihənin həyata keçirilməsinə dəstək olub.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər