Yeni təyin olunan rektor kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni təyin olunan rektor kimdir? - DOSYE

17:33 - Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE

Azərbaycan Respublikasının Prezidenti tərəfindən elektroenergetika sahəsində tanınmış alim və mütəxəssis Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunub.

1news.az bakivaxti.az-a istinadən xəbər verir ki, 1963-cü ildə anadan olan yeni rektor Kiyev Politexnik İnstitutunun Elektroenergetika fakültəsini bitirib. Uzun illər "Azərenerji” ASC-də müxtəlif məsul vəzifələrdə çalışıb, daha sonra Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini olub.

Texnika elmləri doktoru, professor olan yeni rektor 8 kitabın və 170-dən çox elmi əsərin müəllifidir. O, həmçinin "Əməkdar mühəndis” və "Əməkdar elm xadimi” fəxri adlarına layiq görülüb.
Qeyd edək ki, o, son illər Azərbaycan Texniki Universitetində prorektor vəzifəsində çalışırdı.

Paylaş:
28

Son xəbərlər

Bütün xəbərlər