Aeroport yolunda avtoqəza olub, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Aeroport yolunda avtoqəza olub, ölən var

17:42 - Bu gün
Aeroport yolunda avtoqəza olub, ölən var

Bakının Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məluamat verilib.

Bildirilib ki, əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" və "XPeng" markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "Mercedes" markalı minik avtomobilinin sürücüsü və sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Minik avtomobilinin sərnişini xilas edilib, həyatını itirmiş sürücü, Mansur Güləxan oğlu İmanovun meyiti isə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Paylaş:
33

Son xəbərlər

Bütün xəbərlər