TƏBİB-də yeni təyinatlar edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB-də yeni təyinatlar edildi

14:22 - Bu gün
TƏBİB-də yeni təyinatlar edildi

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub.

Bu barədə 1news.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Rəhimov Erkin Xəyyam oğlu təyin olunub.

O, 2014-cü ildən hazırkı təyinatınadək "Baku Medical Plaza”nın Pediatriya şöbəsinin müdiridir.

E.Rəhimov eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssis-ekspertidir.

Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsinə Qəhrəmanova Dinar İlqar qızı təyin edilib.

O, 2008-ci ildən hazırkı təyinatınadək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində və "Baku Medical Plaza”da həkim-mama-ginekoloq, həmçinin 2018-ci ildən Azərbaycan Dillər Universitetinin Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasında müəllim vəzifəsində çalışıb.

Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini, baş həkim vəzifəsinə Tibb üzrə fəlsəfə doktoru Əhmədova Rəxşəndə Mənsur qızı təyin olunub.

O, 2020-ci ildən hazırkı təyinatına qədər Respublika Dəri-Zöhrəvi Mərkəzinin Laboratoriya şöbəsinin müdiri olub.

Paylaş:
23

Son xəbərlər

Bütün xəbərlər