Ağakərim Səmədzadə: “Azərbaycan və Türkiyə Cəbrayılda birgə tingçilik mərkəzi yaradıblar” | 1news.az | Xəbərlər
Siyasət

Ağakərim Səmədzadə: “Azərbaycan və Türkiyə Cəbrayılda birgə tingçilik mərkəzi yaradıblar”

Faiqə Məmmədova11:31 - Bu gün
Ağakərim Səmədzadə: “Azərbaycan və Türkiyə Cəbrayılda birgə tingçilik mərkəzi yaradıblar”

“Böyük Qayıdış Proqramı çərçivəsində Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonaları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını, həmçinin ekosistemlərin bərpası təşəbbüslərini inkişaf etdirir”.

1news.az-ın müxbiri xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) dördüncü günü çərçivəsində təşkil olunan “Mənzil iqlim dəyişikliyi ilə mübarizənin ön xətti kimi” adlı panel sessiyada çıxışı zamanı deyib.

A.Səmədzadənin sözlərinə görə, Azərbaycan Türkiyə ilə birlikdə Cəbrayıl şəhərində tingçilik mərkəzi də yaradıb. Bu mərkəz Qarabağ və Şərqi Zəngəzurda yaşıllaşdırma fəaliyyətlərinə dəstək verəcək.

“Azərbaycan yaxın vaxtlarda özünün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə sənədinin (NDC) 3.0 versiyasını təqdim edib və hazırda aşağı emissiyalı uzunmüddətli inkişaf strategiyasını hazırlayır”.

Onun sözlərinə görə, bu məqsədlərə nail olunmasında təbiətyönümlü həllər və ekosistemlərin bərpası həlledici rol oynayacaq.

Məhz buna görə də bu il Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Ətraf Mühit Günü “Təbiətdən ilhamlanaraq: iqlim naminə, gələcəyimiz naminə” şüarı altında keçiriləcək.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər