Bakının Nizami rayonunun bəzi ərazilərində işıq 3 saatlıq kəsiləcək | 1news.az | Xəbərlər
Siyasət

Bakının Nizami rayonunun bəzi ərazilərində işıq 3 saatlıq kəsiləcək

First News Media09:33 - Bu gün
Bakının Nizami rayonunun bəzi ərazilərində işıq 3 saatlıq kəsiləcək

Bakının Nizami rayonunun bir hissəsinə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə 1news.az "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Belə ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov və Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər