Azərbaycanda uşaqlar əhalinin 24,6 faizini təşkil edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda uşaqlar əhalinin 24,6 faizini təşkil edir

Qafar Ağayev09:40 - Bu gün
Azərbaycanda uşaqlar əhalinin 24,6 faizini təşkil edir

Azərbaycanda əhalinin 24,6 faizini uşaqlar təşkil edir.

1news.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Bildirilib ki, 2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə əhalisinin 24,6 faizini 18 yaşadək uşaqlar təşkil edir.

Məlumata əsasən, 2026-cı ilin yanvar-mart aylarında ölkədə 20 362 körpə dünyaya gəlib.

Qeyd olunub ki, doğulan körpələrin 53,8 faizi oğlan, 46,2 faizi isə qızdır.

Xatırldaq ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər