Myanmarda güclü partlayış: 46 nəfər həlak olub | 1news.az | Xəbərlər
Dünya

Myanmarda güclü partlayış: 46 nəfər həlak olub

Oksana Orucova09:48 - Bu gün
Myanmarda güclü partlayış: 46 nəfər həlak olub

Cənub-Şərqi Asiya ölkəsi olan Myanmarda mədənçilik məqsədilə partlayıcı maddələrin saxlanıldığı binada baş verən partlayış nəticəsində 46 nəfər həyatını itirib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqində yerləşən Şan ştatının Namhkam bölgəsindəki kəndlərin birində qeydə alınıb.

Məlumata əsasən, partlayış nəticəsində həlak olanlar arasında 6 uşaq da var. Hadisə zamanı daha 74 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Partlayışın baş verdiyi binada mədən sənayesində istifadə olunan partlayıcı maddələrin saxlanıldığı bildirilir. Hadisə yerinin Yunnan əyalətinin sərhədindən təxminən 3 kilometr məsafədə yerləşdiyi qeyd olunur.

Qeyd edək ki, Namhkam bölgəsi hazırda Myanmarın mərkəzi hakimiyyətinə qarşı fəaliyyət göstərən silahlı qruplaşma – "Tang National Liberation Army"nın nəzarəti altındadır.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Rəsmi qurumlar partlayışın dəqiq səbəbi barədə hələlik ətraflı məlumat verməyiblər.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər