DSMF 5 ayda sosial şəbəkələrdə 8 mindən çox vətəndaş müraciətini cavablandırıb | 1news.az | Xəbərlər
Siyasət

DSMF 5 ayda sosial şəbəkələrdə 8 mindən çox vətəndaş müraciətini cavablandırıb

First News Media17:28 - 01 / 06 / 2026
DSMF 5 ayda sosial şəbəkələrdə 8 mindən çox vətəndaş müraciətini cavablandırıb

Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 8 299 vətəndaş müraciəti cavablandırılıb.

1news.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, müraciətlərin 3 130-u ünvanlı dövlət sosial yardımı, 1 582-si pensiya təyinatı, 2 135-i sosial müavinət və təqaüd, 156-sı sosial sığorta və fərdi uçot, 1 296-sı isə digər istiqamətlər üzrə olub.

Paylaş:
281

Son xəbərlər

Nurlana Əliyeva vəfat edib

01 / 07 / 2026, 14:31
Bütün xəbərlər