İrandan ABŞ-yə sərt mesaj: İsrail hücumları dayanmadan danışıqlar olmayacaq | 1news.az | Xəbərlər
Dünya

İrandan ABŞ-yə sərt mesaj: İsrail hücumları dayanmadan danışıqlar olmayacaq

17:57 - Bu gün
İrandan ABŞ-yə sərt mesaj: İsrail hücumları dayanmadan danışıqlar olmayacaq

İran İsrailin Livan və Qəzza zolağında davam edən hərbi əməliyyatları səbəbindən ABŞ ilə vasitəçilər üzərindən aparılan danışıqları dayandırıb.

1news.az xəbər verir ki, bu barədə İranın yarı-rəsmi “Tasnim News Agency” məlumat yayıb. Bildirilir ki, danışıqlar qrupu İsrailin Livan ərazisinə hücumları fonunda vasitəçilər üzərindən ABŞ ilə mesaj mübadiləsini dayandırıb və İsrailin Livan və Qəzzadakı əməliyyatları dayandırılmayana qədər heç bir görüşün keçirilməyəcəyini açıqlayıb.

Eyni zamanda İsrailin Baş naziri Binyamin Netanyahu ordusuna Beyrutun cənubunda yerləşən və “Hizbullah”ın güclü olduğu Dahiye bölgəsindəki hədəflərə zərbələr endirmək barədə göstəriş verib.

Qərar İsrail ordusunun Livan ərazisində yerləşən tarixi Beaufort qalasına nəzarəti ələ keçirməsindən sonra verilib. Netanyahu daha əvvəl verdiyi açıqlamada əməliyyatların genişlənəcəyini bildirərək “Hizbullahın nəzarətində olan ərazilərdə hakimiyyətimizi dərinləşdirmək və genişləndirmək” tapşırığını verdiyini qeyd edib.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər