Maltada fişəng zavodunda güclü partlayış baş verib
Maltada fişəng və digər pirotexnik vasitələr istehsal edən “Lourders Fireworks Factory” zavodunda partlayış baş verib.
1news.az xəbər verir ki, hadisə yerli vaxtla saat 06:35 radələrində qeydə alınıb. Partlayışdan sonra müəssisə üzərindən qatı qara tüstü qalxıb, yaxınlıqdakı yaşayış evləri və avtomobillərə ziyan dəyib.
İlkin məlumata görə, partlayış zamanı zavod ərazisində heç kim olmayıb, lakin dağıntılar altında axtarışlar davam etdirilir. Hadisə zamanı yaxınlıqdan keçən bir kuryer uçan qalıqların dəyməsi nəticəsində yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
70












