Zakir Nuriyev: Azərbaycanda dollarlaşma səviyyəsində azalma müşahidə olunur  | 1news.az | Xəbərlər
Siyasət

Zakir Nuriyev: Azərbaycanda dollarlaşma səviyyəsində azalma müşahidə olunur 

Qafar Ağayev11:09 - Bu gün
Zakir Nuriyev: Azərbaycanda dollarlaşma səviyyəsində azalma müşahidə olunur 

“Azərbaycanda bank sektorunda dollarlaşma səviyyəsində azalma müşahidə olunur”.

1news.az xəbər verir ki, bunu Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"da Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, depozit portfelinin dollarlaşma səviyyəsi 35,7%-ə, əmanətlərin dollarlaşması isə 30,2%-ə enib: 
“Bu tendensiya həm milli valyutaya, həm də bank sektoruna olan etimadın artdığını göstərir”.

Z. Nuriyev bildirib ki, bankların məcmu kapitalı 9,7% artaraq 7,7 milyard manata çatıb ki, bu da sektorun maliyyə dayanıqlığının gücləndiyini təsdiqləyir.

O əlavə edib ki, bu ilin aprel ayının sonuna bank sektorunun aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 5% artaraq 57,4 milyard manata çatıb. Bu artım sektorun maliyyə tutumunun genişlənməsini və iqtisadiyyatda vasitəçilik rolunun güclənməsini göstərir.

ABA prezidenti qeyd edib ki, bank sektorunun kredit portfeli də artıb. Belə ki, cəmi kredit portfeli illik müqayisədə 8,9% artaraq 36 milyard manata, biznes kreditlərinin həcmi isə 16,3 milyard manata çatıb.

Paylaş:
184

Son xəbərlər

Nazir hesabat verdi

Bu gün, 12:36
Bütün xəbərlər