İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb
Azərbaycan paracüdoçusu İlham Zəkiyev Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında finala vəsiqə qazanıb.
Bu barədə 1news.az-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.
İ.Zəkiyev (J1, +95 kq) yarımfinalda Böyük Britaniyanı təmsil edən Daniel Povellə üz-üzə gəlib.
Azərbaycan idmançısı rəqibini məğlub edərək finala yüksəlib.
Xatırladaq ki, ötən gün Saleh Sultanov (J1, 81 kq) yarışda bürünc medal qazanıb.
60










