Polis Masallıda əməliyyat keçirdi - 9 kq narkotik aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis Masallıda əməliyyat keçirdi - 9 kq narkotik aşkarlandı

First News Media13:17 - Bu gün
Polis Masallıda əməliyyat keçirdi - 9 kq narkotik aşkarlandı

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib.

DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Rəfail İsayev saxlanılıb. Onun idarə etdiyi avtomobildən 9 kiloqram narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər