Qazaxda qəza: İki avtomobil toqquşdu
Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
1news.az bakivaxti.az-a istinadən xəbər verir ki, 10-RS-702 dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobili ilə 60-CD-598 dövlət nömrə nişanlı "Mercedes" markalı maşın toqquşub.
Qəza nəticəsində xəsarət alan və ya həyatını itirən olmayıb. Lakin toqquşma zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisənin səbəbləri araşdırılır.
58












