Ağdaşda VAZ su kanalına düşdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaşda VAZ su kanalına düşdü

First News Media15:58 - Bu gün
Ağdaşda VAZ su kanalına düşdü

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.
 
1news.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Ağdaş-Qəbələ yolunun rayonun Dəhnəxəlil kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi su kanalına düşüb.

Sürücü ətrafdakıların köməkliyi ilə xilas edilib. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.
 
 

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər