Bu il 70 uşaq övladlığa verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il 70 uşaq övladlığa verilib

First News Media13:00 - Bu gün
Bu il 70 uşaq övladlığa verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 70 uşaq övladlığa verilib.

1news.az xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 34-ü qız, 36-sı oğlandır.

"Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.

Onu da qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən şəxslər aylıq sosial müavinətlə (3-18 yaş arası hər uşağa görə 240 manat, əlilliyi olan hər uşağa görə 600 manat) təmin edilir.

Həmçinin onlar sosial təminat, əmək, vergi münasibətləri sahələrində bir sıra güzəştlərə də malikdirlər", - məlumatda qeyd edilib.

Paylaş:
64

Son xəbərlər

Nazir hesabat verdi

Bu gün, 12:36
Bütün xəbərlər