Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur | 1news.az | Xəbərlər
Siyasət

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

First News Media11:17 - Bu gün
Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur".

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən "Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası" adlı panel sessiyada səsləndirib.

O bildirib ki, səfər çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcək.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər