Neftin qiyməti ilə bağlı dəyişiklik baş verdi - RƏQƏMLƏR | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neftin qiyməti ilə bağlı dəyişiklik baş verdi - RƏQƏMLƏR

First News Media13:21 - Bu gün
Neftin qiyməti ilə bağlı dəyişiklik baş verdi - RƏQƏMLƏR

ABŞ və İran arasında əldə olunan tarixi saziş fonunda qlobal bazarlarda neftin qiyməti kəskin şəkildə ucuzlaşaraq son ayların ən aşağı səviyyəsinə geriləyib.

Nüfuzlu iqtisadi nəşrlərin yaydığı məlumata görə, "Brent" markalı neftin fyuçersləri 4,08 dollar və ya 4,7% ucuzlaşaraq bir barel üçün 83,25 dollara düşüb.

Amerikanın "WTI" markalı yüngül neftinin qiyməti isə daha kəskin – 4,35 dollar və ya 5,1% azalaraq bir barel üçün 80,53 dollara enib.

Bazar ertəsi günü hər iki neft müqaviləsinin qiyməti son ayların minimum həddinə enib. Bu kəskin ucuzlaşma tendensiyasının əsası ötən həftənin cümə günü neftin qiymətində qeydə alınan 3%-dən çox itki ilə qoyulmuşdu.

Ekspertlər ABŞ-İran sazişindən sonra bazara əlavə neft həcmlərinin daxil olacağı gözləntilərinin qiymətlərə bu cür sarsıdıcı təsir göstərdiyini bildirirlər.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər