Azərbaycan neftinin qiyməti bahalaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti bahalaşıb

09:17 - Bu gün
Azərbaycan neftinin qiyməti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,23 dollar və ya 1,31% artaraq 95,16 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 93,93 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş:
108

Son xəbərlər

Azərbaycanda zəlzələ olub

10 / 08 / 2026, 16:30
Bütün xəbərlər