“Card-to-Card” limit altında: Xeyriyyə məqsədli pul yığımlarını nə gözləyir? | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Card-to-Card” limit altında: Xeyriyyə məqsədli pul yığımlarını nə gözləyir?

Faiqə Məmmədova14:11 - Bu gün
“Card-to-Card” limit altında: Xeyriyyə məqsədli pul yığımlarını nə gözləyir?

Azərbaycanda kartdan-karta (Card-to-Card / C2C) köçürmələrlə bağlı yeni qayda və məhdudiyyətlərin tətbiqinə başlanılıb.

Hər bir yenilik kimi, bu dəyişikliklər də cəmiyyətdə geniş rezonans doğurub və əhali arasında bir sıra suallar yaradıb. Ən həssas məsələlərdən biri isə xeyriyyə məqsədli pul yığımlarının taleyi ilə bağlıdır.

1news.az-ın redaksiyasına dəfələrlə çətin həyat şəraitində olan vətəndaşlar – ağır xəstəlikdən əziyyət çəkən şəxslər və onların yaxınları müraciət ediblər. Onlar üçün kartdan-karta köçürmələr müalicə və əməliyyat xərclərinin qarşılanması məqsədilə vəsait toplamağın həyati əhəmiyyət daşıyan vasitəsidir.

Vətəndaşları əsasən bu sual düşündürür: tətbiq edilən limitlər xeyriyyə məqsədli pul yığımlarına necə təsir edəcək? Bank hesabı açılarkən və ya kart rəsmiləşdirilərkən onun təyinatını – məsələn, müalicə üçün vəsait toplanmasını – əvvəlcədən göstərmək və bu halda mövcud məhdudiyyətlərdən azad olmaq mümkündürmü? Maliyyə qurumları belə hallara fərdi qaydada yanaşmağa hazırdırmı?

Redaksiya məsələ ilə bağlı rəsmi açıqlama almaq üçün Azərbaycan Banklar Assosiasiyasına (ABA) müraciət edib.

ABA-dan sorğuya cavab olaraq bildirilib ki, vətəndaşların bu məsələni fərdi qaydada həll etmək imkanı var:

“Bununla əlaqədar vətəndaşlar banka müraciət edə bilərlər. Banklar məsələni araşdırdıqdan sonra bu limiti yenidən nəzərdən keçirə bilərlər”, – deyə Azərbaycan Banklar Assosiasiyasından bildirilib.

Beləliklə, tibbi ehtiyaclar üçün vəsait toplamaq istəyən şəxslərə xidmət göstərən banka şəxsən müraciət etmələri və müvafiq təsdiqedici sənədləri təqdim etmələri tövsiyə olunur. Müraciət fərdi qaydada araşdırıldıqdan sonra müəyyən edilmiş limitlərin artırılması və ya aradan qaldırılması mümkün ola bilər.

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər