Orxan Məmmədov: Halal iqtisadiyyat Azərbaycan üçün strateji prioritetdir | 1news.az | Xəbərlər
Cəmiyyət

Orxan Məmmədov: Halal iqtisadiyyat Azərbaycan üçün strateji prioritetdir

Qafar Ağayev10:29 - 16 / 06 / 2026
Orxan Məmmədov: Halal iqtisadiyyat Azərbaycan üçün strateji prioritetdir

“Azərbaycanda halal iqtisadiyyatın inkişafı üçün əlverişli mühit formalaşdırılır”.

1news.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri  Orxan Məmmədov İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən İllik Toplantıları çərçivəsində təşkil olunan Halal forumdakı çıxışında deyib.

O bildirib ki, Azərbaycan üçün halal ekosisteminin inkişafı yalnız iqtisadi imkan deyil, həm də strateji prioritetdir.

Onun sözlərinə görə, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan regional və beynəlxalq bazarları birləşdirən mühüm körpü rolunu oynayır.

O.Məmmədov qeyd edib ki, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın dəstəklənməsi və innovasiyaların təşviqinə yönəlmiş islahatlar ölkədə halal yönümlü biznes və investisiyalar üçün əlverişli şərait yaradır.

KOBİA sədri vurğulayıb ki, halal iqtisadiyyatın gələcəyi təkcə bazarların genişlənməsindən deyil, həm də tərəfdaşlıqların gücündən asılıdır.

O, hökumətləri, biznes dairələrini, maliyyə institutlarını və digər maraqlı tərəfləri əməkdaşlığı gücləndirməyə çağırıb.

Bildirilib ki, etik prinsiplərə, risklərin bölüşdürülməsinə və real iqtisadi fəaliyyətə əsaslanan İslam maliyyəsi halal bizneslərin, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin inkişafında mühüm rol oynaya bilər.

Sədr əlavə edib ki, halal sənayesi iştirakçıları ilə İslam maliyyə institutları arasında əməkdaşlığın genişləndirilməsi investisiyaların səfərbər edilməsinə, ticarətin artmasına və üzv ölkələrdə davamlı iqtisadi inkişaf üçün yeni imkanların yaranmasına töhfə verəcək.

Paylaş:
187

Son xəbərlər

Bütün xəbərlər