Nazir: Azərbaycanın iqtisadi uğurlarının əsasında inkişafı prioritetə çevirən strateji baxış dayanır
“Azərbaycan uzunmüddətli investisiyalar üçün sabit və cəlbedici iqtisadi mühit təqdim edir”.
1news.az xəbər verir ki, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş panel müzakirəsində deyib.
Nazir çıxışında bildirib ki, Azərbaycan güclü fiskal əsaslara və sınaqdan çıxmış iqtisadi siyasətə malikdir.
“Ölkənin valyuta ehtiyatları ilin əvvəlindən 3,4 faiz, illik müqayisədə isə 15 faiz artaraq 80 milyard dollara çatıb.
Onun sözlərinə görə, aşağı dövlət borcu səviyyəsi iqtisadi sabitlik, investisiya imkanları və uzunmüddətli artım üçün möhkəm zəmin yaradır. Bu göstəricilər beynəlxalq reytinq agentlikləri tərəfindən də müsbət qiymətləndirilir”.
Nazir vurğulayıb ki, Azərbaycanın iqtisadi uğurlarının əsasında müstəqil iqtisadi siyasət və inkişafı prioritetə çevirən strateji baxış dayanır.












