İrandan Rusiyaya gül kələmi aparan yük maşınında 90 kq-dan çox marixuana aşkarlanıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Rusiyaya gül kələmi aparan yük maşınında 90 kq-dan çox marixuana aşkarlanıb - FOTO - VİDEO

Qafar Ağayev15:41 - Bu gün
İrandan Rusiyaya gül kələmi aparan yük maşınında 90 kq-dan çox marixuana aşkarlanıb - FOTO - VİDEO

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə 1news.az-a Dövlət Gömrük Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “təzə gül kələmi” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı bir ədəd paletdəki 160 ədəd bağlamada görünüşcə gül kələmi formasına salınan və gömrük nəzarətindən gizlədilən xalis təmiz çəkisi 90 kiloqram 945 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər