Xətai rayonunda məişət tullantıları yığılan ərazidə YANĞIN
Bakının Xətai rayonu, NZS qəsəbəsində məişət tullantıları yığılan ərazidə yanğın baş verib.
Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyidən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.
106












