Tələbələrin yerdəyişməsinə sənəd qəbulu başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Tələbələrin yerdəyişməsinə sənəd qəbulu başlayır

Qafar Ağayev09:56 - Bu gün
Tələbələrin yerdəyişməsinə sənəd qəbulu başlayır

2026/2027-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi üçün sənəd qəbuluna başlanılır.

1news.az xəbər verir ki, yerdəyişmə üzrə müraciətlər elektron qaydada qəbul ediləcək.

Bildirilib ki, yerdəyişmə prosesində ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində təhsil alan, təhsil aldığı dövr ərzində təhsil proqramı üzrə nəzərdə tutulan kreditlərin ən azı yarısını toplamış tələbələr iştirak edə bilərlər.

Müraciətlərin qəbulu iyulun 13-də saat 10:00-da başlayacaq və iyulun 19-u saat 18:00-dək davam edəcək.

Yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az platformasında qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, istifadəçi adı və şifrələri ilə müvafiq bölməyə daxil olduqdan sonra elektron müraciət formasını doldurub təsdiqləməlidirlər.

Tələbələrdən müraciət zamanı təqdim etdikləri məlumatların düzgünlüyünə diqqət yetirmələri və proseslə bağlı müəyyən edilmiş müddətlərə əməl etmələri xahiş olunur.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər