Polis bir gündə 8 avtomat, qumbaraatan və minlərlə patron aşkarlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis bir gündə 8 avtomat, qumbaraatan və minlərlə patron aşkarlayıb

Qafar Ağayev11:01 - Bu gün
Polis bir gündə 8 avtomat, qumbaraatan və minlərlə patron aşkarlayıb

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat və profilaktik tədbirlər nəticəsində paytaxt və respublikanın müxtəlif rayonlarında xeyli sayda qanunsuz saxlanılan silah-sursat aşkarlanaraq götürülüb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 29-da polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 qumbaraatan, 1 tapança, 5 əl qumbarası, 3 alışdırıcı, 7 tüfəng, 12 patron darağı və 3025 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah və sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər