DSX-dən uğurlu əməliyyatlar: milyonlarla manatlıq qaçaqmal dövriyyədən çıxarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX-dən uğurlu əməliyyatlar: milyonlarla manatlıq qaçaqmal dövriyyədən çıxarıldı

First News Media17:08 - Bu gün
DSX-dən uğurlu əməliyyatlar: milyonlarla manatlıq qaçaqmal dövriyyədən çıxarıldı

Dövlət Sərhəd Xidməti tərəfindən 2026-cı ilin iyun ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 229 kiloqram 974 qram narkоtik vasitə və 9200 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq (6 halda pilotsuz uçuş aparatı vasitəsilə 47 kiloqram 6 qram narkotik vasitə və 2000 ədəd psixotrop həb) dövriyyədən çıxarılıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 830 min 558 manat оlan qaçaqmal, о cümlədən, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər