Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reylər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reylər olacaq

Qafar Ağayev13:37 - Bu gün
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reylər olacaq

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yay mövsümündə sərnişin tələbatını nəzərə alaraq 6–31 iyul tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən 1news.az-a verilən məlumata görə, qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək.

"Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz", - məlumatda bildirilir.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər